Council of Europe
  What's New ?  |  About the CPT  |  Members  |  States  |  Visits  |  Documents  |  Database

İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar
və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi (İQAK)

[ Azərbaycan dilində/ Azerbaijani / Azerbaïjanais ]


İQAK barədə qısa məlumat


Avropada azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısının alınması

İşgəncənin Qarşısının Alınması üzrə Komitə (İQAK) azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar edildiyini dəyərləndirmək məqsədi ilə azadlıqdan məhrumetmə yerlərinə səfərlər təşkil edir. Bu kimi yerlərə həbsxanalar, yetkinlik yaşına çatmayanlar üçün həbsdə saxlama mərkəzləri, polis məntəqələri, azadlıqdan məhrum edilmiş immiqrantlar üçün saxlama mərkəzləri, psixiatriya xəstəxanaları, sosial baxım evləri və s. daxildir.

İQAK-ın heyətləri azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz daxil olmaq və belə yerlərdə hər hansı məhdudiyyət olmadan hərəkət etmək hüququna malikdirlər. Onlar azadlıqdan məhrum edilmiş şəxslərlə təkbətək söhbət apara və məlumat təmin edə biləcək hər kəslə sərbəst ünsiyyət qura bilərlər.

Hər bir səfərdən sonra İQAK müvafiq dövlətə müfəssəl hesabat göndərir. Bu hesabata İQAK-ın əldə etdiyi məlumatlar, onun tövsiyələri, şərhləri və sorğuları daxil olur. İQAK həmçinin hesabatda qaldırmış olduğu məsələlərə ətraflı cavabın verilməsini xahiş edir. Bu hesabatlar və cavablar müvafiq dövlətlə davam edən dialoqun bir hissəsini təşkil edir.

İQAK-ın tam adı “İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsi”dir. Burada iki mühüm xüsusiyyət önə çəkilir: birincisi, fəaliyyət dairəsi baxımından Komitə Avropa ilə məhdudlaşır; ikincisi, yalnız “işgəncə” deyil, mahiyyətcə “qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza”ya bərabər tutula biləcək bütün halları əhatə edir.

Səfərlər sistemi

Səfərlər, adətən bir neçə İQAK üzvündən ibarət olan, Komitə Katibliyi işçilərinin və lazım gəldikdə əlavə ekspertlərin və tərcüməçilərin də müşayiət etdikləri nümayəndə heyətləri tərəfindən həyata keçirilir.

İQAK heyətləri səfərləri dövri əsasda (adətən dörd ildə bir dəfə) həyata keçirirlər, lakin lazım gəldikdə əlavə xüsusi (“ad hoc”) səfərlər də təşkil olunur.

Komitə səfər etmək niyyətində olduğunu müvafiq dövlətə bildirməlidir. Bu cür məlumat verildikdən sonra, İQAK heyəti insanların azadlıqdan məhrum edilə biləcəyi istənilən yerə, istənilən zaman baş çəkə bilər.

Əməkdaşlıq və məxfilik

Əməkdaşlıq və məxfilik  prinsipləri İQAK-ı təsis edən beynəlxalq sazişdə nəzərdə tutulur.

Nəşrlər

İQAK-ın strukturu

Ümumi məlumat

Ratifikasiyalar


Əlavə ədəbiyyat


  ^

Contact us   |   Press   |   www.cpt.coe.int